Türkiyə millisinin sabiq üzvü Burak Yılmaz "Lill"dən ayrılıb.
Sportarena.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, B.Yılmaz 2020-ci ildən oynadığı "Lill"də indiyə kimi 72 matçda 25 qol vurub. O, Fransa təmsilçisi ilə ölkə çempionatının və kubokunun qalibi olub.