İtaliya A Seriyasında sonuncu – 38-ci tura start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. "Roma" səfərdə "Torino"nu məğlub edib. Joze Mourinyonun baş məşqçisi olduğu komanda xallarının sayını 63-ə çatdıraraq 6-cı pillədə qərarlaşıb. Bu da o deməkdir ki, "Roma" Avropa Liqasına vəsiqəni təmin edib.