Bu gün Xorvatiya çempionatında 2021/2022 mövsümünə yekun vurulub.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geydiyi "Dinamo" I Liqanın 36-cı turu çərçivəsində doğma meydanda "Hayduk"u qəbul edib və 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 76 xal toplayan "Dinamo" 35-ci turda çempionluğu rəsmiləşdirib.