Azərbaycan Premyer Liqasında 2021/2022-ci illər mövsümünün ən məhsuldar oyunçusu “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borqes oldu.
Sportarena.az xəbər verir ki, braziliyalı son turun “Neftçi”yə qarşı görüşündə (4:1) fərqlənərək ən yaxın izləyicilərini bir qol qabaqladı və 12 qolla çempionatın ən sərrast futbolçusu adına layiq görüldü.
Cari mövsümün son oyunu - "Qarabağ" - "Neftçi" qarşılaşması başa çatandan sonra keçirilən mükafatlandırma mərasimində Kadiyə xüsusi hədiyyə təqdim edildi.
Qeyd edək ki, Kadi Borqes Azərbaycan çempionatları tarixində Reynaldo Silvadan sonra 2-ci braziliyalı bombardirdir.