"Rubin" 19 ildən sonra Rusiya Premyer Liqasını tərk etdi

08:55 23 May 2022

Rusiya çempionatında 2021/2022 mövsümünə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, "Zenit"in çempion olduğu mövsümdə Rusiyanın məşhur klublarından olan "Rubin" Premyer-liqanı tərk edib. İki dəfə ölkə çempionu olmuş (2007/2008, 2008/2009) Kazan təmsilçisi 30 turdan sonra 29 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

 

"Rubin"dən başqa Tula "Arsenal"ı da aşağı liqaya düşüb. "Ximki" və "Ufa"nın Premyer-liqada qalıb-qalmayacağı isə pley-off matçlarından sonra bilinəcək.

 

Qeyd edək ki, "Rubin" 19 mövsümdür ki, Premyer Liqada mübarizə aparır. 


Digər xəbərlər

Xəbər xətti