İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünə yekun vurulub.
Sportarena.az xəbər verir ki, son turda çempionluq uğrunda mübarizə aparan "Liverpul" "Vulverhempton"u, "Mançester Siti" isə "Aston Villa"nı məğlub edib.
Xallarını 93-ə yüksəldən "şəhərlilər" İngiltərə çempionu olub. "Liverpul" isə 92 xalla mövsümü ikinci pilldə başa vurub.
"Mançester Siti" klub tarixi ərzində 8-ci dəfə Premyer Liqanın qızıl medallarını qazanıb.