"Milan"ın çalışdırıcısı Stefano Piolinin qızıl medalı oğurlanıb.
Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hadisə "Sassuola" ilə matçdan sonra baş verib.
Belə ki, Pioli medalının, çempionluğu bayram edərkən baş verdiyini söyləyib: "Kimsə onu boynumdan qopardı. Bunu mənə qaytarsalar, minnətdar olaram, çünki baş məşqçi kimi qazandığım ilk qızıl medaldır".