“Sabah”ın futbolçusu Aleksey İsayev üçün Azərbaycan Premyer Liqasının 28-ci turunda "Qəbələ" ilə matç (1:1) əlamətdar olub.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu bu qarşılaşmada “Sabah” forması ilə 50-ci oyununu (47 oyun Premyer Liqada, 3 oyun ölkə kuboku) keçirib. Aleksey bu görüşlərdə 7 qola imza atıb.