Robert Levandovski növbəti dəfə "Qızıl buts"a yiyələnib

17:59 23 May 2022

"Bavariya"nın futbolçusu Robert Levandovski 2021/22 mövsümündə "Qızıl buts"un sahibi olub.

Bu barədə "Kicker" məlumat yayıb. Bundesliqada 2020/2021 mövsümündə 34 matçda 35 qol vuran polşalı hücumçu Avropa liqalarının ən yaxşı bombardiri olub.

Qeyd edək ki, ötən mövsüm də "Qızıl buts"u Levandovski qazanmışdı. 


Digər xəbərlər

Xəbər xətti