İtaliya A Seriyasında 2021/2022 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, başa çatan mövsümün ən yaxşısı adına "Milan"ın yarımmüdafiəçisi Rafel Leao layiq görülüb.
22 yaşlı portuqaliyalı vinger cari mövsümdə A Seriyasında meydana çıxdığı 34 oyunda 11 və 10 məhsuldar ötürmə ilə yadda qalıb və komandasının çempionluğunda önəmli rol oynayıb.