“Düşünürəm ki, oğlumun da “Qarabağ”da oynaması ona problem yaradır”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O, oğlunun “Qarabağ”da oynamasından danışıb:
“İstəyirəm ki, oğlum məndən də yaxşı futbolçu olsun. Amma mən o vaxt daha çox məşq edirdim. Yunis Hüseynov nə vaxt otağa girirdisə, məni məşq edərkən görürdü. Təəssüf ki, indiki futbolçular smartfona, sosial şəbəkələrə çox aludə olublar. Mən indiyədək heç bir sosial şəbəkədə yoxam. Oğlum da daxil olmaqla futbolçular yeməyə gedəndə də telefondan başlarını ayırmırlar. Mən özüm də çox psixoloji təzyiq etməyin tərəfdarı deyiləm. Amma futbolçular daha çox sosial şəbəkələrdən kənar qalmalıdır.
Bəzən futbolçular mənim tələblərimdən küsür. Düzdür, sonra barışırıq. Futbolçular karyeralarına çox vaxt ayırsa, məndən də yaxşı karyeraya sahib ola bilərlər”. (oxu.az)