“Sabah” futbolçusu Slavik Alxasovla yollarını ayırıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, təcrübəli futbolçu 2020-ci ilin iyul ayından "Sabah"ın üzvü idi.