“Səbail” baş məşqçi Aftandil Hacıyevlə yolları ayırıb.
Sportarena.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Bildiriılir ki, klub ilə əməkdaşlığın dayandırılmasına dair qarşılıqlı razılıq əldə edib. “Klub adından Aftandil müəllimə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq!” - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bugünlərdə “Səbail”lə Hacıyev 1 illik yeni müqavilə imzalamışdı.