"Champions Chess Tour": Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı

11:38 24 May 2022

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirib. 37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin 1/4 finalında çinli Dinq Lirenlə üz-üzə gəlib.
 
İlk 2 partiyada məğlub olan Məmmədyarov 3-cü dueldən qalib ayrılıb. 4-cü qarşılaşmada isə heç-heçə qeydə alındığından, Azərbaycan təmsilçisi yekunda 1,5:2,5 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
 
16 zəka sahibinin çıxış etdiyi "Chessable Masters"də mükafat fondu 210 000 ABŞ dollarıdır.


Digər xəbərlər

Xəbər xətti