"Milan"ın baş məşqçisinə yeni medal veriləcək

15:20 24 May 2022

İtaliya A Seriyasının çempionu olan "Milan"ın baş məşqçisi Stefano Piolinin qızıl medalının oğurlanıb.

Sportarena.az xəbər verir ki, hadisə "Sassuolo" ilə səfər matçından (3:0) sonra baş verib. Yerli mətbuata açıqlama verən Pioli, medalını geri istəmişdi.

​İtaliya A Seriyası rəhbərliyi mütəxəssisə yenidən medal verəcəyini açıqlayıb. Bu barədə yarışın tvitter hesabında məlumat yayılıb. 


Digər xəbərlər

Xəbər xətti