Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu "Qarabağ"ı ziyarət edib.
Sportarena.az xəbər verir ki, Çavuşoğlu klubun bazasında baş məşqçi Qurban Qurbanov və komanda üzvləri görüşüb.
Klubun idarə heyətinin üzvü Fevzihan Aras, direktoru Emrah Çelikel və meneceri Asif Əsgərov Hasan Çavuşoğluna ziyarət üçün təşəkkür edib. Görüşdə klublar arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Çavuşoğluna “Qarabağ”ın forması hədiyyə olunub.