Azərbaycan əsilli boksçu İrəvanda erməniyə qalib gəldi

Sportarena.az      25 May 2022 , 11:07

Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Sportarena.az xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan soydaşımız ilk qarşılaşmasında yerli Canik Sahakyanla üz-üzə gəlib.

Gərgin keçən döyüşdən Nəbiyev qalib ayrılıb. O, İrəvanda erməni rəqibini 3:2 (29:28, 28:29, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edərək, mərhələ adlayıb.

​Elmir Nəbiyev Xorvatiyanın Poreç şəhərində keçirilən U-22-lər arasında son Avropa çempionatının yarımfinalında yığmamızın üzvü Ruslan Qədirovla qarşılaşıb və Azərbaycan boksçusu finala yüksəlib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin