FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Moldovada işgüzar səfərdə olub.
Sportarena.az xəbər verir ki, Məmmədov burada Moldova Futbol Federasiyasının icraçı direktoru Adrian İksari ilə görüşüb.
O, paytaxtın “La İzvor” parkında çimərlik futbolu arenasını gəzib. E.Mməmmədov Adrian İksar ilə stadionda keçirilən çimərlik futbolu və digər idman növlərinin inkişafında infrastrukturun əhəmiyyətini müzakirə edib.