“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Tellur Mütəllimov bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 27 yaşlı futbolçu ilə müqavilənin müddəti 2 ildir.
Tellur karyerası ərzində “Qəbələ” (2016-2018), “Zirə” (2015/16, 2017-2020) və “Sumqayıt” (2020-2022) klublarında çıxış edib.