Ukrayna Futbol Assosiasiyası Rusiyadan təzminat tələb edəcək

13:15 26 May 2022

Ukrayna Futbol Assosiasiyası Rusiyanın hərbi müdaxiləsi nəticəsində dağıdılmış idman infrastrukturuna görə təzminat tələb edəcək. Bu barədə federasiya prezidenti Andrey Pavelko qurumun rəsmi saytına açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, ölkənin futbol həyatına dəymiş ziyanla bağlı Rusiyaya qarşı hüquqi iddia hazırlanır:
 
“Əminəm ki, beynəlxalq hüquq və audit tərəfdaşlarımızla razılaşma əldə edəcəyik. Təklif olunan hüquqi platforma müharibənin bizə vurduğu zərərin əvəzini beynəlxalq məhkəmələrdə müdafiə etməyə imkan verəcək”. 


Digər xəbərlər

Xəbər xətti