FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Ukraynaya işgüzar səfər edib.
Sportarena.az xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesablarında məlumat yayıb. AFFA-nın sabiq baş katibi Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko, baş katib Yuri Zapisotski, ölkənin gənclər və idman naziri Vadim Quttsaytla görüşüb.
E.Məmmədov görüşdən məmnun olduğunu bildirib.