“Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanovla may ayının 31-də başa çatacaq müqavilənin müddətinin uzadılmamasına qərar verilib.
Sportarena.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. 2018-ci ildən “Neftçi-2”ni çalışdıran Mahmud Qurbanov 2020/21 mövsümündə əvəzedici komanda ilə I Divizionun qalibi olub.