UEFA prezidentindən rusları məyus edən açıqlama

18:05 26 May 2022

UEFA prezidenti Aleksander Çeferin Rusiya klublarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı vəziyyətdən danışıb.
 
Sportarena.az xəbər verir ki, Çeferin rusları məmnun etməyən fikirlər səsləndirib. O, Rusiya klublarının avrokuboklara qayıdacağına inanmadığını deyib:
 
“Biz hamımız əvvəlki aylarda vəziyyəti lazımınca qiymətləndirmədik. Heç kimin ağlına gəlməzdi ki, belə bir münaqişə yaranacaq. Başlayanda, hamımız bunun bir neçə həftə davam edəcəyini düşündük. Ona görə də, bundan sonra nə olacağını indidən proqnozlaşdırmaq çox çətindir.
 
Rusiya klublarının yenidən avrokuboklarda çıxış edə biləcəyinə əmin deyiləm. Amma əlimizdən gələni edəcəyik ki, Ukrayna klubları oynaya bilsinlər.
 
Mən bunu artıq bir neçə dəfə demişəm: bütün ukraynalı və rusiyalı idmançılar üçün çox təəssüflənirəm, çünki onlar, xüsusən də, rusiyalı futbolçular münaqişənin zərərini hiss edirlər”.


Digər xəbərlər

Xəbər xətti