"Qarabağ"ın futbolçusu Konfrans Liqasında "TOP-10"da yer alıb

23:09 26 May 2022

"Qarabağ"ın futbolçusu Patrik Andrade Konfrans Liqasında çıxış edən ən yaxşı futbolçular sırasında yer alıb.

Sportarena.az xəbər verir ki, sofascore.com-un açıqladığı siyahıda kabo-verdeli yarımmüdafiəçi 6-cıdır. Onun aktivində 7,51 bal var.  Ötürmə dəqiqliyi isə 86,63 faiz olan Andrade turnirdə keçirdiyi 8 oyunda 1 qol vurub və 2 qolun ötürməsini verib.

Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsində "Marsel"ə uduzaraq (1:3, 0:3) mübarizəni dayandırmışdı.


Digər xəbərlər

Xəbər xətti