İngiltərənin "Çelsi" futbol klubunun iş adamı Todd Boulinin rəhbərlik etdiyi Amerika konsorsiuma satılması ilə bağlı sövdələşmə başa çatıb.
Sportarena.az xəbər verir ki, bu barədə sənəd İngiltərə hökumətinin saytında dərc olunub. Əvvəlcə klubun satışı İngiltərə Premyer Liqasının (APL) rəhbərliyi tərəfindən təsdiqlənib. Sövdələşmə təxminən 5 milyard avro təşkil edib.
Xatırladaq ki, martın 10-da Böyük Britaniyanın Roman Abramoviçi sanksiya siyahısına saldığı, iş adamının ölkədəki aktivlərinin dondurulduğu açıqlanmışdı.
Daha sonra Premyer Liqa rəhbərliyi iş adamını futbol klubunun rəhbəri vəzifəsindən uzaqlaşdırıb. İndi rəhbərlik “Çelsi” Xeyriyyə Fondunun qəyyumları tərəfindən həyata keçirilir. Daha sonra Abramoviç klubu satmaq qərarına gəlib.
Qeyd edək ki, Abramoviç "Çelsi"ni 2003-cü ildə 140 milyon funt-sterlinqə alıb.