Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün final oyunu keçirilib. Sportarena.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin "Liverpul" və İspaniyanın "Real” komandaları üz-üzə gəliblər.
Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda oynanılan matçı yerli FIFA referisi Kleman Türpen idarə edib.
İki kollektiv indiyədək 8 dəfə qitənin ən nüfuzlu klub turnirində bir-birinə rəqib olub. Bunların 4-də "kral klubu", 3-də mersisaydlılar qələbə qazanıb. Bir görüşdə qalib müəyyənləşməyib. Qolların nisbətində də Madrid təmsilçisinin üstünlüyü var - 10:8.
Bu, “Real” və "Liverpul"un Çempionlar Liqasının finalında 3-cü dueli olacaq. Əvvəlki 2 qarşılamadə tərəflər hərəyə bir dəfə titula sahib çıxıblar. 19/1981 mövsümündə İngiltərə təmsilçisi, 2017/18 mövsümündə isə İspaniya klubu turnirin qalibi olub.
Bunadək 13 dəfə ÇL-i qazanan Karlo Ançelottinin rəhbərlik etdiyi kollektiv hazırda turnirin ən titullu klubudur. Yurgen Kloppun baş məşqçi olduğu komanda isə 6 dəfə Çempionlar Liqasının finalında qələbə sevinci yaşayıb.
UEFA Çempionlar Liqası
Final
28 may
23:00. Liverpul - Real 0:1
Qol: Vinisius Junior, 58
Baş hakimi: Kleman Türpen (Fransa).
Paris, "Stad de Frans" stadionu.