“Final gözlədiyimiz kimi çətin oldu. Sonadək dözdük. Komanda yoldaşlarıma təşəkkür edirəm”.
Sportarena.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Kadi Borqes deyib. O, Qəbələdə “Zirə”yə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra fikirlərini bildirib:
“Hisslərimi ifadə etmək üçün söz tapa bilmirəm. “Qarabağ”dakı ilk mövsümümdə bütün mümkün titulları qazanmaq əladır. Biz ailəyik. Hər kəsə minnətdarlığımı bildirirəm. Azarkeşlər avrokuboklarda ən azı ötən mövsümdəki əzmkarlığı bizdən gözləsinlər. Yenə eyni cür mübarizə aparacağıq”.