İtaliya A Seriyasında baş məşqçi istefası gerçəkləşib.
Sportarena.az xəbər verir ki, "Verona" İqor Tudorla yollarını ayırıb. 44 yaşlı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.
İqor Tudor 2021-ci ilin sentyabr ayından "Verona"nı çalışdırırdı. Xorvatiyalı məşqçinin rəhbərliyi altında komanda İtaliya çempionatını 53 xalla 9-cu pillədə başa vurub.