"Rusiya futbolunu tezliklə beynəlxalq arenalarda görməyi arzulayıram" - Elxan Məmmədov

16:04 28 May 2022

FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov Rusiyaya işguzar səfər edib.

Sportarena.az xəbər verir ki, o, yerli futbol federasiyasının konfransında iştirak edib. Məmmədov çıxışında bunları deyib:

“Sizə FIFA prezidenti Canni İnfantino və baş katib Fatma Samuradan ən xoş arzuları çatdırmaq istərdim. 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatı hamımızın yadındadır. Bu, möhtəşəm tədbir, əla təşkilatçılıq idi. Bütün bunlar hamımızda xoş və isti təəssüratlar yaratdı. Pandemiya zamanı sıx əməkdaşlığınıza görə FIFA adından sizə təşəkkür etmək istərdim. Artıq pandemiya haqqında keçmiş zamanda danışa bilərsiniz. Bu 24 ay asan olmadı, amma siz futbolu davam etdirə bildiniz.

Mövcud vəziyyəti nəzərə alaraq, FIFA adından vəziyyətin tezliklə həllini arzulayıram ki, yaxın gələcəkdə beynəlxalq arenada Rusiya futbolunu yenidən görə bilək”. 


Xəbər xətti