Mahir Emrelinin çıxış etdiyi komandada baş məşqçi ilə bağlı yekun qərar verildi

22:57 28 May 2022

Azərbaycan millisinin forvardı Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) yeni mövsüm komandaya kimin rəhbərlik edəcəyini aydınlaşdırıb. 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəhbərlik Ante Caçiçlə yola davam etmək qərarı verib. Onunla bir illik müqavilə imzalanıb. Əgər, tərəflər razılaşarsa, sonradan müqavilə müddətini uzada biləcək.

Xatırladaq ki, mövsümün sonuna yaxın baş məşqçi postuna təyin edilən təcrübəli mütəxəssis komandaya çempionluq qazandırıb.


Xəbər xətti