10 qat Fransa çempionu aşağı liqaya yuvarlandı

10:13 30 May 2022

Fransa Liqa 1-də iştirak hüququ uğrunda pley-off mərhələsinin cavab oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, "Sent-Etyen" elitada qalmaq üçün "Oser"lə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə də eyni hesab qeydə alındığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında daha dəqiq olan "Oser" 5:4 hesabı ilə qalib gələrək növbəti mövsüm Fransa Liqa 1-də oynamaq hüququ qazanıb. PSJ ilə birgə Fransanın ən çox çempion olan (10 dəfə) komandası "Sent Etyen" isə 18 ildən sonra ilk dəfə elitanı tərk edib.


Digər xəbərlər

Xəbər xətti