"Milan" hücumçusu Zlatan İbrahimoviçlə müqaviləni bir il uzatmağa qərar verib.
Sportarena.az xəbər verir ki, bu barədə "rossoneri"nin baş məşqçisi Stefano Pioli bildirib:
"Zlatan oynamağa davam etmək istədiyi üçün dizindən əməliyyat olunub. O, "Milan"la müqaviləsini 2023-cü ilə qədər uzadacaq".
Daha əvvəl İbrahimoviçin "Milan"la 2,5 milyon avro maaşla 2023-cü ilə qədər müqavilə imzaladığı barədə məlumat yayılmışdı. Hazırda futbolçu əməliyyatdan sonra sağalma dövründədir və bu il meydana çıxmayacaq.