Pauerliftinq üzrə Azərbaycan çempionatında dünya və Avropa çempionu Rövşən Xəlilov zədə alıb.
O, 301 kq ağırlığı qaldırarkən müvazinətini saxlaya bilməyərək arxaya yıxılıb.
Nəticədə ştanq onun sağ ayağına düşüb. İdmançı dərhal xərəklə xəstəxanaya aparılıb. Bununla belə, o, həmin gün mükafatlandırma mərasiminə ayağı gipsdə gəlib.
Qeyd edək ki, 75 kq çəki dərəcəsindəki çıxışları ilə tanınan Rövşən Xəlilov bu dəfə Azərbaycan çempionatında gücünü 82 kq-da sınayıb. Buna baxmayaraq, o, yerdən qaldırmada (deadlift) mütləq çempion olub. Həmçinin, FHN əməkdaşı olan Xəlilov 82 kq üzrə üç hərəkətin cəminə (powerlifting) və yerdən qaldırmada çempion olmaqla üç qızıl medal qazanıb. (oxu.az)