“Qarabağ”la müqaviləsi başa çatan iki futbolçu komandadan ayrılacaq.
Bunlar yarımmüdafiəçilər Xayme Romero və Riçard Almeydadır. Ağdam klubu bu oyunçularla sözləşməni uzatmayacaq. Milliləşdirilərək yığmamıza da cəlb olunan braziliyalı Almeyda 2011-2018-ci illərdə “Qarabağ”da çıxış edib. 33 yaşlı futbolçu 2021-ci ildə yenidən komandaya qayıdıb.
İspaniyalı Xayme Romero isə 2019-cu ildən “Qarabağ”da çıxış edir. (qol.az)