Azərbaycan əsilli boksçu İrəvanda Avropa çempionu oldu

20:40 30 May 2022

Ermənistanın paytaxtı İrəvanda keçirilən kişilər arasında boks üzrə Avropa çempionatında Gürcüstanı təmsil edən Azərbaycan əsilli Sahil Allahverdiyev qızıl medal qazanıb.

Sportarena.az xəbər verir ki, soydaşımız Gürcüstana çempionatda 48 kq çəki dərəcəsində ilk qızıl medalı qazandırıb.

Sahil Allahverdov daha öncə AÇ-də Ermənistan təmsilçisi Bareqam Harutyunyana tam üstünlüklə qalib gəlmişdi – 5:0. 


Xəbər xətti