AFFA rəsmisi Avropa çempionatının final matçına təyinat aldı

11:06 31 May 2022

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə 17 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatının final oyununa təyinat alıb.

Sportarena.az xəbər verir ki, o, iyunun 1-də Fransa və Niderland yığmaları arasında keçiriləcək qarşılaşmada UEFA nümayəndəsi olacaq.

Hacı-Məhərrəmov daha əvvəl A qrupunda Almaniya – Lüksemburq, B qrupunda Fransa – Polşa, D qrupunda Şotlandiya – Portuqaliya, 1/4 finalda isə Danimarka – Serbiya qarşılaşmalarında analoji vəzifəni yerinə yetirib.

​Final görüşü saat 18:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti