UEFA Millətlər Liqasının Belarus – Azərbaycan matçı azarkeşsiz keçiriləcək.
Sportarena.az xəbər verir ki, bu barədə Serbiyanın “novosti.rs” saytı məlumat yayıb.
UEFA-nın qərarı ilə Belarusun Serbiyada Slovakiya (3 iyun), Azərbaycan (6 iyun) və Qazaxıstana (10 iyun) qarşı keçirəcəyi oyunlara azarkeş buraxılmayacaq.