“Qarabağ” icarədə olan futbolçularını geri qaytarır

12:11 31 May 2022

“Qarabağ” futbolçusu Qaspar Panaderonun komandadan ayrılcağı xəbərlərinə münasibət bildirib.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ispaniyalı yarımmüdafiəçi üçün təklif almadıqlarını və onun komandaya qayıdacağını bildirib: 

“Onun “Qarabağ”la müqaviləsi var. Başqa klubdan təklif almamışıq. Müqavilənin şərtlərinə görə komandaya qoşulmalıdır”.

Klub rəsmisi Türkiyənin “Ankaragücü” klubu ilə icarə müqaviləsi başa çatan qanalı hücumçu Ovusu Kvabena və “Zirə”də icarə müddəti bitən Rahil Məmmədovun da iyulun 9-da komandaya qoşulmalı olduğunu bildirib:  “Qaydalar hər biri üçün eynidir. Həm Ovusunun, həm də Rahilin icarə müqaviləsi başa çatır. Müraciət etmişik, iyulun 9-da hər üç futbolçu qaydalara əsasən “Qarabağ”ın düşərgəsinə qayıtmalıdır. Hər üçü bizim futbolçularımızdır. Növbəti mövsümü əhatə edən müqaviləmiz var”.

Qeyd edək ki, Ovusu Kvabena 2020-ci ildə “Leqanes”dən Ağdam təmsilçisinə keçib. Qaspar Panadero ötən ilin yayında transfer edilib. Rahil Məmmədov isə 2018-ci ildən “Qarabağ”da çıxış edir. (qol.az)


Digər xəbərlər

Xəbər xətti