UEFA Çempionlar Liqasının rəmzi komandasını açıqladı

13:44 31 May 2022

Çempionlar Liqasının 2021/22 mövsümünün rəmzi komandası açıqlanıb. 

Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, "11-lik"də "Real" və "Liverpul"dan hərəyə 4, "Çelsi", "Mançester Siti" və PSJ-dən isə hərəyə 1 futbolçu yer alıb. 

ÇL-də mövsümün rəmzi komandası:

Qapıçı: Tibo Kurtua ("Real")

Müdafiəçilər: Endryu Robertson, Vircil van Deyk, Trent Aleksandr-Arnold (hamısı "Liverpul"), Antonio Rüdiger ("Çelsi")

Yarımmüdafiəçilər: Luka Modriç ("Real"), Fabinyo ("Liverpul"), Kevin de Brüyne ("Mançester Siti")

Hücumçular: Vinisius Junior, Kərim Benzema (ikisi də "Real"), Kilian Mbappe (PSJ)

Qeyd edək ki, Çempionlar Liqasının 2021/22 mövsümünün qalibi "Real" olub. Madrid təmsilçisi finalda "Liverpul"a 1:0 hesabı ilə qalib gəlib. 


Digər xəbərlər

Xəbər xətti