Azərbaycanlı idmançı qətlə yetirildi - FOTO

14:00 31 May 2022

Azərbaycanlı qarışıq döyüş növləri ilə məşğul olan idmançı İlkin Eminov Türkiyədə qətlə yetirilib. 

 

Sportarena.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 27 may tarixində Çanaqqala vilayətinin Lapseki rayonunda futbol oyunu zamanı insident yaşanıb. 

 

Mübahisə qısa zamanda davaya çevrilsə də, hadisə böyümədən tərəflər sakitləşdirilib. Mayın 28-də, Türkiyə vaxtı ilə saat 23.30 radələrində rayon ərazisindəki qəhvəxanada barışmaq üçün bir araya gələn iki qrup arasında yenidən dava düşüb. Qısa müddətdə böyüyən dava ölümlə nəticələnib. 

 

Lapseki rayonunda işləyən və qarışıq döyüş növləri ilə məşğul olan 28 yaşlı azərbaycanlı İlkin Eminov dava zamanı ağır bıçaq xəsarəti alıb. Lapseki Dövlət Xəstəxanasına çatdırılan həmyerlimizin həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisədən sonra 3 nəfər şübhəli şəxs qismində saxlanılıb. İstintaq davam edir.



Digər xəbərlər

Xəbər xətti