“Qarabağ”ın qapıçısına Buffonun forması hədiyyə edildi - FOTOLAR

15:12 31 May 2022

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevə İtaliya yığmasının sabiq qapıçısı, “Parma”nın kapitanı Canluici Buffonun forması hədiyyə olunub.

Formanı ona vaxtı ilə “Napoli”, “İnter” və “Parma” kimi klublarda hücumçu kimi çıxış etmiş, hazırda Azərbaycan millisinin məşqçilərindən biri olan Benito Karbone bağışlayıb.

Karbone Dağıstan əsilli qapıçının təşəkkürünə: “Sən buna layiqsən, Şa. Güclü, ən yaxşı qapıçısan”, – deyə cavab verib. (oxu.az)



Digər xəbərlər

Xəbər xətti