Çempionlar Liqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada turnirin qalibi "Real"ın hücumçusu Kərim Benzema blayiq görülüb.
Fransalı forvard ÇL-də 2021/2022 mövsümündə 12 oyunda 15 qol vuraraq turnirin ən yaxşı bombardirdi olub. 34 yaşlı hücumçu həmçinin 2 məhsuldar ötürmə ilə yadda qalıb.