Əfran İsmayılov karyerasını bitirərək məşqçiliyə başlayır

17:13 31 May 2022

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov karyerasını bitirir.

 

Bu barədə Oxu.Az-a idmançının özü məlumat verib. 33 yaşlı futbolçunun çempionatın autsayderi “Səbail” klubu ilə müqaviləsi başa çatıb. Onun adı növbəti mövsümdən Premyer Liqada çıxış edəcək “Turan Tovuz”la çəkilsə də, ora keçid real görünmür. Bu səbəbdən Əfran İsmayılov karyerasını bitirərək məşqçiliyə başlamaq qərarına gəlib. O, millidə çıxış etdiyindən, C məşqçi kateqoriyasına malikdir.

 

Qeyd edək ki, Əfran İsmayılovun futbolçu kimi ən uğurlu dövrü 2006-2013-cü illərdə olub. O həmin vaxt “Qarabağ”da çıxış edib və milli komandadan dəvət alıb. 


Digər xəbərlər

Xəbər xətti