Daha bir azərbaycanlı boksçu İrəvanda Avropa çempionu oldu

Sportarena.az      31 May 2022 , 17:53
Ermənistanın paytaxtı İrəvanda keçirilən kişilər arasında boks üzrə Avropa çempionatına yekun vurulub. Azərbaycan yığmasının qatılmadığı bu qitə birinciliyində daha bir soydaşımız çempionluq sevinci yaşayıb.
 
Belə ki, AÇ-ni 2 qızıl medalla ikinci pillədə başa vuran Serbiya yığmasında çıxış edən Vahid Abbasov da Avropa çempionu olub. 67 kq-da çıxış edən Vahid serblər tərəfindən milliləşdirilsə də, Rusiya azərbaycanlısıdır.
 
Xatırladaq ki, daha öncə Gürcüstan yığmasında çıxış edən digər azərbaycanlı boksçu Sahil Allahverdiyev (48 kq) də Avropa çempionu olmuşdu. O, hətta AÇ-də Ermənistan təmsilçisi Bareqam Harutyunyana tam üstünlüklə qalib gəlmişdi – 5:0.
 
Sonda onu da qeyd edək ki, Gürcüstan millisi 3 qızıl və 1 gümüş medalla AÇ-də birinci olub.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin