Qazaxıstan - Azərbaycan: Mətbuat konfransı və açıq məşqlərin vaxtı açıqlandı

12:23 1 İyun 2022

UEFA Millətlər Liqası turniri çərçivəsində iyunun 3-də Astana Arenada keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Mətbuat konfransları və mətbuat üçün açıq məşqlər oyundan bir gün öncə, yəni sabah - 2 iyunda baş tutacaq.
 
Azərbaycan milli komandası
 
Saat 17:30. Mətbuat konfransı
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Qazaxıstan milli komandası
 
Saat 19:00. Mətbuat konfransı
Saat 19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq


Digər xəbərlər

Xəbər xətti