"Fənərbaxça"nın futbolçusu Mesut Özil İstanbul təmsilçisindən ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Türkəsilli alman yarımmüdafiəçi sosial şəbəkə hesablarında hazırkı klubundan ayrılmayacağını yazıb:
"Son günlərdə karyeramla bağlı yayılan iddialarla bağlı açıqlama verməli olduğumu düşündüm. İlk 6 ayın maaşını belə almadan uşaqlıq sevgim olan "Fənərbaxça" ilə 3,5 illik müqavilə imzalayaraq karyera hədəfimi tamamladım. Karyeramı “Fənərbaxça”dan başqa komandada bitirməyəcəyəm. Müqavilə müddətim bitənə kimi tək məqsədim bu klubun formasını geyinməkdir. Bu, qəti qərarımdır. Çox çalışacağam və həmişə hazır olacağam".