Qaret Beyl "Real"dan ayrıldı

14:31 1 İyun 2022

İspaniyanın "Real" klubunda ayrılıq yaşanıb.

 

Sportarena.az xəbər verir ki, uelsli futbolçu Qaret Beyl "kral klubu"ndan ayrılıb. 32 yaşlı vinger Madrid təmsilçisi ilə müddəti bitən müqaviləsini yeniləməyib.
 

2013-cü ildən "Real"da çıxış edən Qaret Beyl 3 dəfə İspaniya La Liqasının, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. 


Digər xəbərlər

Xəbər xətti