Pişiyini döyən futbolçuya 12 aylıq cəza

16:45 1 İyun 2022

“Vest Hem”in müdafiəçisi Kurt Zuma benqal pişiyini döydüyünə görə cəza alıb. 27 yaşlı fransalı futbolçu 12 ay ictimai işlərə məhkum edilib.
 
Ona növbəti 5 il ərzində pişik saxlamaq qadağan edilib.
 
Zuma Temza məhkəməsində keçirilən dinləmədə heyvanların hüquqları haqqında qanunun pozulması ilə bağlı iki iş üzrə özünü təqsirli bilib. Videoları çəkən Zumanın qardaşı Yoan da təhrikçi hərəkətlərə yol verdiyini etiraf edib.
 
Futbolçunun vəkili Trevor Berk “Vest Hem”in Zumanı 280 min avro cərimə etməsi ilə bağlı məlumatı təsdiqləyib. Futbolçu nəhəng alman şirkəti ilə sponsorluq müqaviləsindən məhrum olub və Fransa yığmasına da çağırılmır.


Digər xəbərlər

Xəbər xətti