Əli Qurbani “Sumqayıt”dan ayrıldı

21:37 1 İyun 2022

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Əli Qurbani “Sumqayıt”dan ayrılıb. Sportarena.az xəbər verir ki, 32 yaşl futbolçunun sözügedən klubla müqaviləsinin müddəti başa çatıb.
 
Tərəflər yeni sözləşmə imzalamadığı üçün o, İrana qayıdıb. Azərbaycan vətəndaşlığı olan və yığmamıza da dəvət alan hücumçunun karyerasını harada davam etdirəcəyi bilinmir.
 
Xatırladaq ki, Əli Qurbani 2020-ci ilin avqustundan “Sumqayıt”ın uğurları üçün çalışırdı. O, Azərbaycan yığmasında da 8 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti