Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Ağabala Ramazanovun yeni iş yeri müəyyənləşib. 29 yaşlı futbolçu “Səbail”ə keçib.
O, qardaşı Zaur Ramazanovun yenicə məşqçi təyin olunduğu klubun uğurları üçün çalışmağa qərar verib. Bu məlumatı saytımıza açıqlama verən Zaur Ramazanov da təsdiqləyib.
Xatırladaq ki, Ağabala 2018/2019 mövsümündə də "Səbail"in formasını geyinib. O, 2020-ci ildən "Zirə"də çıxış edirdi.